Konfrans haqqında

Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir.Digər faktorlarla yanaşı su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təchizatına nail olunması, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.Bakı Su Həftəsi su təhlükəsizliyi, su ehtiyatlarının səmərəli istifadəsi və idarə edilməsi ilə əlaqədar sektorun aparıcı nümayəndələri və müvafiq dövlət strukturları arasında əsas fikir mübadiləsi, eləcə də bu sahədə yeni qabaqcıl texnologiyaların tətbiqi, yeni əməkdaşlıqlar üçün etibarlı platforma rolunu oynayacaqdır.Konfransda Azərbaycanın xarici tərəfdaşlar ilə sıx əməkdaşlıq, mövcut olan və yeni investorlar ilə ərsəyə gələn və perspektiv olan layıhələrin müzakirələri, ekspertlərin proqnozları.Biz əminik ki, konfransda iştirak edəcək şirkət rəhbərləri, əlaqəli nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ekspertlər tədbirin əhəmiyyətini daha da artıracaq və su sektorunda tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəklər.


 

KONFRANSA QALIB:

GÜN

SAAT

DƏQ

SAN