"Bakı Su Həftəsi" konfransı: İqlim dəyişikliyi və su ehtiyatlarının idarə edilməsi problemlərinin həlli

"Bakı Su Həftəsi" konfransı: İqlim dəyişikliyi və su ehtiyatlarının idarə edilməsi problemlərinin həlli

14 mart 2024 0000
Martın 14-də "The Ritz-Carlton Baku" otelində ikigünlük Bakı Su Həftəsi Beynəlxalq Konfransı öz işini başa çatdırıb. Bakı Su Həftəsi çərçivəsində keçirilən forum su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onun su ehtiyatlarına təsiri və sudan səmərəli istifadəyə həsr olunub.

Konfrans ilk dəfə Azərbaycanda təşkil olunan və Bakı Ekspo Mərkəzində keçirilən "Su təsərrüfatı" beynəlxalq sərgisi ilə eyni vaxtda keçirilib. Forumu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov açaraq keçirilən tədbirin aktuallığını vurğulayıb.

Məruzəçi qeyd edib ki, su ehtiyatlarının istehlakı və ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar vəziyyətində bu konfrans aktual məsələlərin müzakirə edilməsi, onların ən qısa yolla həllinə nail olmaq üçün yeni imkanlar yaradır.

Tədbirdə "Bir damcı" layihəsinin təqdimatında iştirak edən dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssisləri və alimlər bir araya gəlib, burada müxtəlif vacib və aktual məsələlərə toxunulub. Məruzəçilər və analitiklər "Qlobal su qıtlığı və iqlim dəyişikliyi", "Azərbaycan və Xəzər regionunun su ehtiyatlarından səmərəli istifadə", "Su ehtiyatlarının idarə edilməsində texnoloji yeniliklər", "Kənd təsərrüfatında sudan istifadə", "Ekologiya sahəsində innovasiyalar", "Cəmiyyətdə sudan dayanıqlı istifadə" və s. kimi mühüm mövzuları müzakirə ediblər.

Sərgi və konfrans iştirakçıları su sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmiş, ən son texnoloji məhsullar və sənayenin inkişaf strategiyaları haqqında məlumat əldə etmişlər. Təşkilatçılar hesab edir ki, Bakı Su Həftəsi Azərbaycanın su sektorunun inkişafına təkan verəcək və yeni həllərin axtarışına kömək edəcək.

"Su təsərrüfatı" beynəlxalq sərgi və konfransının təşkilatçıları (Bakı Su Həftəsi çərçivəsində) "Caspian Event Organisers" şirkəti və onun beynəlxalq tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləridir. Tədbirə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) fəal dəstək göstərib.


 

KONFRANSA QALIB:

GÜN

SAAT

DƏQ

SAN