Bakıda keçirilən beynəlxalq konfrans su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyinə həsr olunub

Bakıda keçirilən beynəlxalq konfrans su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyinə həsr olunub

13 mart 2024 0000
 Martın 13-də Beynəlxalq Su Təsərrüfatı Sərgisi ilə paralel keçirilən “Bakı Su Həftəsi” Beynəlxalq Konfransı “The Ritz-Carlton Baku” otelində öz işinə başlayıb.
Forumu giriş nitqi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov açdı. Konfransın başlanması münasibətilə iştirakçıları və qonaqları təbrik edən agentlik rəhbəri tədbirin aktuallığını vurğuladı.
Su ehtiyatlarının istehlakı və ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı dünyanın qarşısında duran çağırışlar şəraitində bu konfrans aktual məsələlərin müzakirəsi, onların ən qısa yolla həllinə nail olmaq üçün yeni imkanlar yaradır.  
"Qlobal su qıtlığı və iqlim dəyişikliyi" adlı ilk iş sessiyasının moderatoru, Arizona Dövlət Universitetinin professoru Olcay Unver təşkilatçıları çox mühüm görüşün keçirilməsi münasibətilə təbrik edib, iştirakçıların yüksək iştirak səviyyəsini və konfransda müzakirə olunan mövzuların əhəmiyyətini qeyd edib.
Birinci sessiyanın işində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Türkiyə Su İnstitutunun baş direktoru, Dünya Su Şurasının üzvü, professor Lütfi Akça, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının icraçı direktoru Kallum Klenç, BMT-nin Azərbaycanda İnkişaf Proqramının daimi nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməliyyat fəaliyyəti üzrə baş direktorunun müavini Daniels Uqoçi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Məhəmməd Nəsar Həyat iştirak edib.
 Natiqlər qeyd ediblər ki, su ehtiyatlarının çatışmazlığı nəzəri problemdən həyatımızın reallığına çevrilib. Bu ziddiyyət iqlim dəyişikliyinə, kənd təsərrüfatına və insanların digər istehsal və gündəlik fəaliyyətlərinə ciddi təsir göstərir. Bu baxımdan, bütün məsələlərin həlli üçün müxtəlif orqanların - kənd təsərrüfatı, ekologiya, su ehtiyatları nazirliklərinin fəaliyyətlərinin birləşdirilməsi, mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən vahid orqanların yaradılması zəruridir. Eləcə də, suyun dəyəri barədə əhalinin məlumatlılığını artırmaq, istehlak məsələlərinə dair anlayış və yanaşmanı dəyişdirmək zəruridir.
  Konfrans su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirəcəkdir. İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatı keçiriləcək, o cümlədən “Qlobal su qıtlığı və iqlim dəyişikliyi”, “Azərbaycan və Xəzər regionunun su  ehtiyatlarından səmərəli istifadə”, “Su idarəetməsində texnoloji yeniliklər”, “Aqrar sahədə suyun istifadəsi”, “Ekologiya sahəsində yenilik”, “Cəmiyyətdə suyun davamlılığı” və bir sıra digər mövzuları əhatə edən panel diskussiyaları təşkil ediləcəkdir. Tədbirdə iştirak edən şəxslər su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Təşkilatçılar ümid edirlər ki, Bakı Su Həftəsinin keçirilməsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq  və yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək.
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Sərgi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

KONFRANSA QALIB:

GÜN

SAAT

DƏQ

SAN