Su hər şeydir

Su hər şeydir

13 mart 2024 0000
Callum Klench, icraçı director, Beynəlxalq Su Ehtiyatları Assosiasiyası (IWRA)

Mən təxminən 55 il əvvəl yaradılmış və su elmləri, hidrologiya, hidrogeologiya, hidrotexnika sahəsində çalışan insanları, eləcə də hüquqşünaslar, tənzimləyicilər, siyasətçilər, dövlət sektorunda çalışan insanlar kimi siyasətlə məşğul olan insanları bir araya gətirən Beynəlxalq Su Ehtiyatları Assosiasiyasında işləyirəm. İnkişaf edən siyasətlərin elmə əsaslandığını, eyni zamanda siyasətçilərin elm adamlarına "ehtiyacımız budur, bunlar həll etməli olduğumuz problemlərdir, çünki seçicilərimiz bizə bunu deyir və hansı həll yollarını təklif edə bilərsiniz?" kimi motivlərinin nə olduğunu izah etməsini təmin etməklə ehtiyatları idarə etməyin ən yaxşı yolunu tapmaq üçün onları bir araya gətiririk. Beləliklə, bu ikitərəfli bir dialoqdur, yalnız elm adamları siyasətçilərə nə edəcəklərini söyləmirlər; bu ikitərəfli müzakirə olmalıdır. Və bunu bir çox fərqli fəaliyyətlər vasitəsilə həyata keçiririk. Hər iki-üç ildən bir Dünya Su Konqresi keçirilir. Keçən il onlardan birini Pekində keçirdik və 3000 nəfər iştirak etdi. Bundan əvvəl Koreyada, daha əvvəl Meksikada, ondan əvvəl isə Şotlandiyada konqres keçirilmişdir. Beləliklə, biz bütün dünyada müxtəlif yerlərdə oluruq. Biz çox beynəlmiləlik, idarə heyətimizin 22 üzvü var, onlar da çox beynəlmiləldir, gender balanslı idarə heyətimiz, eləcə də həm gənc, həm də yaşlı insanları əhatə edən balanslaşdırılmış idarə heyətimiz var. Su ehtiyatlarının idarə edilməsinə həvəsli olan insanları bir araya gətiririk, üzvlüyümüz, tərəfdaşlıqlarımız və s. var. Onlar mütəxəssisdirlər və biz onlara nəşrlər, tədbirlər, onlayn fəaliyyətlər, sosial media və bir sıra kommunikasiya vasitələri ilə təcrübə əldə etməyə kömək edirik.
Çox gözəl nümunə kimi deyə bilərəm ki, fikrimcə, hər hansı bir konfransın rolu müxtəlif sahələrdən olan maraqlı tərəfləri bir araya gətirməkdir. Əlbəttə ki, burada beynəlxalq nümayəndələr var, lakin müxtəlif sektorlardan, müxtəlif sahələrdən olan insanlar da var. İnsanları bu şəkildə üz-üzə bir araya gətirmək əlaqələr yaratmaq, fikir və son məlumatları bölüşmək və digər formatlarda həyata keçirilməsi çox çətin olan beyin fırtınası aparmaq üçün bir fürsətdir. İndi onlayn formatda çox şey edirik və bu çox gözəldir, çünki dünyanın hər yerində insanlarla ünsiyyət qura və fikir mübadiləsi apara bilərik, ancaq bu kimi bir konfransda əldə edə biləcəyiniz enerji və sinerji var ki, bu da onlayn olaraq təkrarlana bilməz. Çox çətindir. Beləliklə, düşünürəm ki, bu, çox gözəldir, bu tədbirin Azərbaycanın İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etdiyi ildə keçirilməsi çox gözəldir, çünki biz illərdir su gündəliyini iqlim dəyişikliyi müzakirələri çərçivəsində tətbiq etməyə çox çalışmışıq, çünki iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı hər şey əsasən su ilə bağlıdır. Bu gündəliyi həmin müzakirələrə daxil etmək çox çətin idi. Beləliklə, iqlim dəyişikliyi kontekstində suyun idarə edilməsi ilə bağlı müzakirələri davam edəcəyimizə müsbət tərəf kimi baxıram və düşünürəm ki, bundan çox gözəl müsbət nəticələr əldə ediləcək.
Su çox şeyi əhatə edir, su hər şeydir. Demək istədiyim odur ki, biz sadəcə su təhlükəsizliyi və iqlim dəyişikliyi haqqında danışırıq və düşünürəm ki, bu mövzular çox vacibdir. “Su təhlükəsizliyi” dedikdə nəyi nəzərdə tutduğumuzu başa düşməyimiz vacibdir. Bu, uzun müddət ərzində kifayət qədər tədarük etdiyinizə və lazımi məqsədlər üçün lazımi keyfiyyətli su ala biləcəyinizə əmin olmaqdır, beləliklə keyfiyyət və kəmiyyət, əlçatanlıq və iqtisadi əlverişlilik, idarəetmə, bütün bunlar hamısı nəzərə alınmalıdır. Düşünürəm ki, hazırda Azərbaycanda baş verənlər (və buraya gəldiyimdən bəri çox şey öyrəndim) "Azərsu"nun inkişaf etməsi, digər təşkilatlarla birləşməsi və bununla da suyun idarə edilməsinin inteqrasiyasına nail olmağınızdır və düşünürəm ki, bu çox müsbət bir məqamdır. Keçmişdə dövlət sektorunda işlədiyimdən bilirəm ki, hökumət idarələri öz təşkilatları daxilində işləyir, buna görə su kimi vacib bir məsələni ümumi idarəetmə altında birləşdirmək daha effektiv olacaq və düşünürəm ki, necə inteqrasiya etdiyiniz, iqlim dəyişikliyinə necə uyğunlaşdığınız, əhalinin yerdəyişməsi, inkişaf etməkdə olan iqtisadiyyatlar, sənaye barədə bu cür müzakirələr, bütün bu məsələlər həqiqətən vacibdir. Biz həmişə gələcək haqqında belə düşünməliyik: "Yaxşı, indi vəziyyət belədir, amma dünya necə inkişaf edir, Azərbaycan bir ölkə kimi necə inkişaf edir, iqlim necə dəyişir, insanlar Bakıya kənd yerlərindən gələndə urbanizasiya necə inkişaf edir və bu, dünyanın hər yerində baş verir. Necə uyğunlaşırsınız? Paytaxta yaşamağa gələn insanların, eləcə də kənd yerlərində yaşayan və məhsul yetişdirən insanların hamısının ehtiyac duyduqlarını etmək və sağlam, təhlükəsiz və rahat bir həyat yaşamaq üçün kifayət qədər suya sahib olmasını necə təmin edirsiniz? Suallar budur.
Birinci sessiyada dediklərimdən belə nəticə çıxarmaq olar ki, tərəfdaşlıq və əməkdaşlıqla əlaqəli oxşar tədbirlərdə irs haqqında düşünməliyik. Tədbirin keçirilməsi əladır, amma tədbir nəticəsində nəyi dəyişdirmək istəyirsiniz? Bu, sadəcə bir şey olmaya bilər və dəyişiklik dərhal baş verməyə bilər. Bu, bir təşkilat olaraq və ya bir ölkə olaraq, insanların əməkdaşlığı olaraq iştirak etdiyiniz yolçuluğun bir hissəsi ola bilər. Beləliklə, tanış olmağımızın və ünsiyyət qurmağımızın faydası göz qabağındadır, amma daha çox olmalıdır, çünki insanlar pullarını, vaxtlarını yatıracaq və bilik və təcrübələrini səxavətlə bölüşəcəklərsə, nəticədə hamımız müsbət bir dəyişiklik etmək istəyirik. Və bizim nöqteyi-nəzərimizdən söhbət siyasətçiləri müsbət təsir göstərən və yerli təşkilatlardan nazirliklərə qədər mümkün qədər geniş icmaları əhatə edən siyasətlərin hazırlanmasını dəstəkləməkdən gedir, ona görə də biz hər kəsi bütün səviyyələrdə cəlb etməyə çalışırıq. Vətəndaş cəmiyyətini, icma liderlərini cəlb etmək istəyirsiniz, bəzi yerlərdə qadınlar, qaçqınlar və ya yerli insanlar və ya cəmiyyətimizin bir hissəsi olan, lakin özlərini ifadə edə bilməyən insanlar kimi az təmsil olunan qruplara səs vermək istəyirsiniz. Su hamımıza təsir edir və az təmsil olunan qruplar suyun zəif idarə edilməsindən daha çox əziyyət çəkirlər. Buna görə də mümkün qədər çox insanı cəlb etməyə çalışırıq, amma yenə də mesajların yüksək səviyyədə çatdırılmasına diqqət yetiririk.
Digər əsas nəticə , bu gündəliyi necə irəli aparmaqdır və tək bir tədbirlə buna nail olmaq mümkün deyil. Bu, müəyyən müddət ərzində baş verən və təşkilatların əməkdaşlıq etdiyi bir vəziyyət olmalıdır.
Bu tədbirdə Azərbaycandan çox yüksək səviyyəli insanlar var, nazirliklərdən, institutlardan və müxtəlif təşkilatlardan olan insanlar var və fikrimcə, maraqlı olan budur ki, hamımız eyni fikirdəyik. Düşünürəm ki, biz də bir-birimizdən öyrənirik. BMT-nin Miqrantlar və Qaçqınlar Agentliyini təmsil edən çox yaxşı bir məruzəçi bilmədiyim bəzi maraqlı faktlar və rəqəmləri açıqladı. Bu rəqəmlərdən bəzilərini əvvəllər eşitməmişdim. Təkcə Azərbaycanda deyil, Türkiyədə və ya dünyanın digər yerlərində beynəlxalq miqyasda baş verənləri eşitmək eyni dərəcədə maraqlıdır. Bilirsiniz, FAO və onun ərzaq təhlükəsizliyi, ərzaq məhsullarının su ehtiyatı xərcləri, qida israfçılığı ilə əlaqəsi haqqında eşidirsiniz: siz ərzaq məhsullarını israf edirsiniz – suyu israf edirsiniz. Bu mesajlardan bəzilərini bilirdik, bəziləri yenidir və ümid edirik ki, onlar auditoriyanı "təşkilatımda necə müsbət dəyişikliklər edə bilərəm?" haqqında düşünməyə sövq edə bilərlər. Gəlin "iş yerlərimizə gedəndə özümüzlə nə nəticə aparırıq?" mesajını verməyə davam edək, və deyin: "Yaxşı, mən bu tədbirdə bir şey öyrəndim, bəs, ümumilikdə, dünyanı daha yaxşı bir yerə çevirmək üçün nə edə bilərik?"
Dünən sərgidə idim. Sərgi mükəmməl idi. Bu olduqca texniki bir sərgidir, düzünü desəm, çox mühəndis yönümlü bir sərgidir. Su təhlükəsizliyi çərçivəsində yaradılan bəndlər kimi mühəndislik layihələri haqqında müzakirələri görmək və onlarda iştirak etmək maraqlı idi: çayın haradan gəldiyi, çayın axdığı yer, xüsusən də yeni bir bənd tikdiyiniz zaman yuxarı və aşağı axınlarda olan maraqlı tərəflərlə necə ünsiyyət qurmağınız.  Əlbətdə ki, fərd olaraq etdiyimiz hər şey ətraf mühitə təsir göstərir. Beləliklə, sual budur ki, biz necə təsir göstərmək istəyirik və mənfi təsir varsa, onu hər hansı bir şəkildə necə yüngülləşdirə bilərik. Beləliklə, sərgi möhtəşəm idi və açılış mərasimindən zövq aldım. Azərbaycana səfər etmək mənim üçün çox gözəl idi.
Mən burada, Azərbaycanda insanların çox qonaqpərvər, yardımsevər, çox mehriban olduğunu gördüm, hətta yorğun və gərgin olduqları görünsə də, hamı daim gülümsəyir. Burada olmaqdan şərəf duyuruq.

 

KONFRANSA QALIB:

GÜN

SAAT

DƏQ

SAN